İran ABŞ-nin sanksiya siyasətinə qoşulan ölkələrin gəmilərini Hörmüz boğazından buraxmayacağını açıqlayıb.
Bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya IRNA agentliyinə bildirib.
Onun sözlərinə görə, ABŞ nümunəsini izləyərək İrana qarşı sanksiyalar tətbiq edən ölkələr Hörmüz boğazından keçid zamanı problemlərlə üzləşəcəklər.
Bundan sonra ABŞ-nin yolunu tutaraq İran İslam Respublikasına qarşı sanksiyalar tətbiq edən ölkələr, şübhəsiz ki, Hörmüz boğazından keçid zamanı çətinliklərlə qarşılaşacaqlar, — deyə o bildirib.

