Türkiyə Hörmüz boğazından ikinci türk gəmisinin keçdiyini açıqlayıb.
Bundan əvvəl Türkiyəyə məxsus iki gəminin boğazdan keçdiyi bildirilmişdi. Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Onun sözlərinə görə, daha 13 türk gəmisi keçid üçün növbə gözləyir.
“Onlardan 9-u keçid üçün müraciət edib. 2 gəmi yerində qalaraq elektrik istehsalını davam etdirir. Daha 2-si isə regional daşımalarla məşğuldur və ya vəziyyətin sabitləşməsini gözləyir. Hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra onları da oradan çıxaracağıq,” — deyə nazir bildirib.

