Şahzadə Harri övladları Arçi və Lilibetlə birlikdə Böyük Britaniyaya səfər edə bilər.
Radar nəşri daxili mənbələrə istinadən yazır ki, səfər mərhum şahzadə Diananın 65 illiyindən bir neçə gün sonra baş tuta bilər. İlkin məlumata görə, Harri anasının Northemptonşir qraflığında yerləşən məzarını ziyarət etmək istəyir.
Bildirilir ki, bu səfər baş tutarsa, Arçi və Lilibet ilk dəfə nənələri şahzadə Diananın məzarını ziyarət edəcəklər.
Şübhələr Northemptonşirdə yerləşən Eltorp malikanəsinin qəfil iki günlüyə bağlanmasından sonra yaranıb. Adətən iyul-avqust aylarında ziyarətçilərə açıq olan malikanənin bağlanması ilə bağlı rəsmi və aydın izah verilməyib.
Radar-ın mənbəsinin sözlərinə görə, Eltorpda Şahzadə Harrinin ailəsi ilə birlikdə Diananın məzarını artıq diqqət çəkmədən ziyarət etməsi istənilir.
Bununla belə, Sasseks hersoqunun hər addımının ictimai maraq doğurduğu nəzərə alınaraq, sakit və şəxsi ziyarətin mediada böyük hadisəyə çevrilə biləcəyindən narahatlıq var.
Qeyd edək ki, Harri daha əvvəl anasının məzarını həyat yoldaşı Meqan Marklla birlikdə ziyarət etmişdi.

