Sasseks hersoginyası Meqan Markl və Şahzadə Harri həddindən artıq xərclər səbəbindən ciddi maliyyə çətinlikləri ilə üzləşiblər.
Bu barədə RadarOnline nəşri yazır.
Məlumata görə, böyük müqavilələrin pozulmasından sonra cütlük gəlirlərinin əhəmiyyətli hissəsini itirib, lakin xərclərini azaltmayıb.
Belə ki, Meqan və Harrinin təxminən 14 milyon dollar dəyərində malikanəsi var və bu, büdcəyə ciddi təsir göstərir. Bundan əlavə, mühafizə xərcləri illik təxminən 3 milyon dollar təşkil edir.
Xərclərin mühüm hissəsini həmçinin uzunmüddətli məhkəmə prosesləri təşkil edir. Mənbələrin məlumatına görə, bu işlərə Şahzadə Diananın irsinin böyük hissəsi xərclənib.

