ABŞ-da respublikaçı senator Lindsi Qrem prezident Donald Trampı İrana qarşı hərbi əməliyyata başlamağa fəal şəkildə təşviq edib. Bu barədə The Wall Street Journal qəzeti amerikalı siyasətçilərə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Qrem Trampın prezidentliyi dövründə ən riskli addımlardan biri hesab olunan bu qərarın qəbulunda ən təsirli tərəfdarlardan biri olub.
Bildirilir ki, müzakirələr zamanı senator Trampdan prezidentliyinin hansı sözlərlə yadda qalacağını soruşub. Cavab almadıqdan sonra isə Trampın 2026-cı ilin əvvəlində İrandakı etirazçılara müraciətini xatırladıb və ABŞ-ın onlara tezliklə kömək edəcəyini dediyini vurğulayıb.
Məlumata görə, Qrem prezidentlə söhbətlərində Livan və Kubaya mümkün müdaxilə variantlarını da müzakirə edib.
WSJ yazır ki, senator uzun müddətdir Tehranda hakimiyyət dəyişikliyinin tərəfdarıdır, lakin əvvəllər bu qədər irəli getməyə hazır prezidentlə işləmək imkanı olmayıb.

