ABŞ-nin keçmiş prezidenti Co Baydenin səhhəti ilə bağlı oğlu Hunter Baydendən yeni açıqlama gəlib.
BBC-nin “Newsnight” proqramına danışan Hunter Biden bildirib ki, atasının prostat xərçəngi sümüklərə və bədənin digər nahiyələrinə yayılıb və xəstəlik artıq çox ağrılı və yorucu mərhələyə keçib.
Hunter Biden atasının yaşadığı ağrıları çox vaxt dilə gətirmədiyini deyib və bunu izləməyin ailə üçün ağır olduğunu vurğulayıb.
Co Baydenə prostat xərçəngi diaqnozu 2025-ci ilin mayında qoyulmuşdu. Onun ofisi xəstəliyin aqressiv formada olduğunu, sümüklərə yayıldığını və Gleason göstəricisinin 9 olduğunu açıqlamışdı.
Bununla yanaşı, xəstəliyin hormonlara həssas olduğu və buna görə müalicə ilə nəzarətdə saxlanmasının mümkün olduğu bildirilmişdi.
83 yaşlı Co Bayden müalicəsini davam etdirir və səhhətindəki problemlərə baxmayaraq zaman-zaman ictimaiyyət qarşısına çıxır.

