ABŞ-ın 46-cı prezidenti Joe Bidenin oğlu Hunter Biden atasının prezidentliyi dövründəki əsas uğursuzluqlar kimi miqrasiya siyasətini və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını göstərib. Onun müsahibəsindən parçaları New York Post yayıb.
Hunter Baydenin sözlərinə görə, qeyri-qanuni yolla ölkəyə daxil olan miqrantların dövlət resurslarını tükətməsi və prioritet alması cəmiyyətdə narazılıq yaradıb:
“Biz istəmirik ki, qeyri-qanuni gələn miqrantlar resurslarımızı tükətsin və 20 illik sonsuz müharibədən sonra hələ də bərpa olunan əsl qəhrəmanlardan və ya cəmiyyətimizdəki digər insanlardan üstün tutulsun.”
O, həmçinin ABŞ qoşunlarının Əfqanıstandan tələsik çıxarılmasını keçmiş administrasiyanın “açıq-aşkar uğursuzluğu” adlandırıb. Hunter Bayden bildirib ki, bu prosesdə generalları və digər məsul şəxsləri günahlandırmaq olar, lakin atası məsuliyyətin son nəticədə öz üzərinə düşdüyünü anlayırdı.

