Macarıstanın keçmiş Ali Məhkəmə sədri Andraş Baka ölkənin yeni prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
Bu barədə Baş nazir Peter Madyar sosial şəbəkədə məlumat verib.
Madyar yeni prezidentə uğurlar və möhkəm cansağlığı arzulayıb.
Qeyd edək ki, Macarıstan parlamenti 11 avqustda Andraş Bakani prezident seçib. O, vəzifəyə bu gün, avqustun 19-da rəsmən başlayıb.

