ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini dəstəkləməyə tələsməyib.
Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib ki, bu barədə danışmaq üçün hələ tezdir.
“Bu barədə danışmaq hələ tezdir. Əvvəlcə aralıq seçkilərini geridə qoymaq lazımdır. Düşünürəm ki, o, çox yaxşı insandır”, – Tramp deyib.
Ötən həftə NBC mənbələrə istinadən Pit Heqsetin prezidentlik yarışına qoşulmaq imkanını nəzərdən keçirdiyini yazıb.
Lakin ABŞ-nin müdafiə naziri özü bu barədə yayılan şayiələri təkzib edib.
Bundan əvvəl Ağ Evin jurnalist hovuzunun müxbiri Saymon Ateba Donald Trampın artıq bu il prezident vəzifəsindən uzaqlaşdırıla biləcəyini bildirib.
Onun sözlərinə görə, bu, noyabrda keçiriləcək aralıq seçkilərindən sonra baş verə bilər.

