ABŞ ordusunu İraq və Əfqanıstan müharibələrindən bəri ən gərgin dövr gözləyir.
Bu barədə The New York Times (NYT) ABŞ Quru Qoşunları naziri Daniel Driskollun istefası fonunda yazıb.
Nəşr qeyd edib ki, Driskollun istefası gözlənilən olsa da, bu addım ABŞ Silahlı Qüvvələrinin ən böyük qoşun növünün uzun illərdən sonra ən gərgin mərhələyə daxil olduğu bir vaxta təsadüf edib.
NYT-nin məlumatına görə, ABŞ ordusu eyni zamanda idarəetmə sistemində ciddi problemlərlə üzləşir. Pentaqon rəhbəri Pit Heqsetin təşəbbüsü ilə baş verən bir sıra işdən çıxarılmalar və münaqişələr fonunda ordunun tamhüquqlu rəhbərlik olmadan fəaliyyət göstərdiyi bildirilir.
Nəşrin məlumatına görə, Heqset daha əvvəl ən azı üç yüksək rütbəli zabitin vəzifədən getməsinə səbəb olub.
Hazırda ABŞ Quru Qoşunları naziri vəzifəsi də vakantdır. NYT yazır ki, Heqset bu postda Pentaqonun mətbuat katibi Şon Parnelli görmək istəyir.

