ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felan Pentaqon rəhbəri Pit Heqsetlə fikir ayrılıqları səbəbindən vəzifəsindən ayrılıb. Bu barədə Axios nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Felanının istefası ilə bağlı məlumatı daha əvvəl Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell açıqlayıb. Bildirilib ki, nazirin səlahiyyətlərini müvəqqəti olaraq onun müavini Hanq Kao icra edəcək.
Mənbələrin sözlərinə görə, Felan Pentaqon rəhbəri ilə münasibətlərində ciddi uyğunsuzluqlar yaşayırdı, baxmayaraq ki, ABŞ prezidenti ilə işgüzar əlaqələrini qoruyub saxlayırdı.
“Felan anlamırdı ki, o, rəhbər deyil. Onun işi verilən tapşırıqları yerinə yetirməkdir, özünün verilməli hesab etdiyi əmrləri yox.”
Axios vəziyyəti səlahiyyətlərin qavranılması ilə bağlı konflikt kimi qiymətləndirir. Nəşr qeyd edir ki, bu istefa hərbi rəhbərlik üçün gözlənilməz olub və hazırkı administrasiyada vəzifədən ayrılan yüksək rütbəli məmurların sayını daha da artırıb.

