İsrail ABŞ belə bir addımı təsdiqləyəcəyi təqdirdə, Qəzza zolağının bütün sakinlərinin müharibə nəticəsində dağıdılmış ərazidən çıxarılmasına yardım etməyə hazırdır.
Bunu İsrailin müdafiə naziri İsrael Kats “Ynet” portalının təşkil etdiyi konfransda bildirib.
Kats deyib:
“Nəticə etibarilə, bu miqrasiya olmadan Qəzza üçün real həll yolu yoxdur.”
İsrailin müdafiə naziri hesab edir ki, Vaşinqton bu ideyadan tamamilə imtina etməyib, sadəcə ərəb ölkələrinin təzyiqi altında planı dondurub.
Kats bildirib:
“Lakin plan ləğv edilməyib. O, hətta indi də daimi müzakirə mövzusudur. HƏMAS-ın ABŞ-nin Qəzza üzrə sülh planı çərçivəsində öhdəliklərini yerinə yetirmədiyi aydın olduqda, hərbi, ərazi və digər istiqamətlərdə irəliləmək üçün yaşıl işıq alacağıq.”

