İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, hava zərbəsi nəticəsində İranın kəşfiyyat naziri İsmayıl Xətib öldürülüb.
Bu barədə The Times of Israel məlumat yayıb.
“İrana qarşı zərbələrin intensivliyi artır. İranın kəşfiyyat naziri Xətib ötən gecə məhv edilib”, — deyə İsrael Kats bildirib.
Onun sözlərinə görə, gün ərzində müxtəlif istiqamətlərdə “böyük sürprizlər” gözlənilir və bu, İran və Livanda “Hizbullah”a qarşı aparılan müharibəni daha da kəskinləşdirəcək.
Kats əlavə edib ki, o və Baş nazir Binyamin Netanyahu İsrail ordusuna yüksək vəzifəli İran rəsmilərini əlavə təsdiq olmadan hədəfə almaq səlahiyyəti verib.

