İranın Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricani İsrailin ötən gecə İrana endirdiyi aviazərbə nəticəsində öldürülüb.
Bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.
“Laricani və “Bəsic” qüvvələrinin komandiri bir gecənin içində məhv edildi və Xameneyinin məhv proqramının rəhbərinə, eləcə də “şər oxu”nun artıq məhv edilmiş bütün üzvlərinə cəhənnəmin dərinliklərində qoşuldular”, — deyə İsrael Kats bildirib.
Məlumat Times Of Israel nəşrinə istinadla yayılıb.

