HƏMAS Qəzza sektorunda münaqişənin həlli ilə bağlı Sülh Şurasının planının həyata keçirilməsi üzərində işləməyə hazır olduğunu təsdiqləyib.
EFE agentliyinin məlumatına görə, hərəkat bəyan edib ki, prosesdə “məsuliyyətli şəkildə” iştirak etməyə hazırdır.
HƏMAS bildirib ki, hazırkı mərhələdə əsas prioritet razılaşmanın bütün bəndlərinin tam icrası olmalıdır. Hərəkatın fikrincə, bu, atəşkəsin tam təmin olunmasına, İsrail hücumlarının dayandırılmasına, qoşunların çıxarılmasına və sərhəd-keçid məntəqələrinin açılmasına gətirib çıxarmalıdır.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Sülh Şurasının Qəzza ilə bağlı 15 bəndlik sənədini qəbul etmədiklərini və HƏMAS tam tərksilah olunmadan İsrail qüvvələrinin bölgədən çıxarılmayacağını bildirmişdi.

