Britaniyada üç hava limanının operatoruna edilən kiberhücumdan sonra ölkə nümayəndələrinin şəxsi məlumatları darknetdə yayımlanıb. Bu barədə Daily Mail məlumat yayıb.
Nəşrin yazdığına görə, sızdırılan məlumatlar arasında siyasətçilər, hərbçilər və müdafiə sektorunda çalışan şəxslərlə bağlı məlumatlar da yer alıb.
Hakerlər həmçinin hakim və Britaniya cəmiyyətinin digər nümayəndələrinin şəxsi məlumatlarını yayıblar. Mənbə qeyd edir ki, hücum nəticəsində böyük həcmdə məxfi informasiya ələ keçirilib.
Yayımlanan materiallarda Britaniya Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinin planlaşdırılmış səfərləri barədə məlumatlar da olub.
Bundan başqa, hakerlər parlamentarilərin, İngiltərə Bankının əməkdaşlarının və hərbi qulluqçuların hərəkət marşrutları ilə bağlı məlumatları da açıqlayıblar.
Denmedia.az

