Berlin Senatının şəbəkələrinə edilən kiberhücumdan sonra təxminən 1,4 milyon məlumat darknetdə yayımlanıb. Bu barədə RBB məlumat yayıb.
Yayımlanan məlumatlar arasında xarakteristikalar, tenderlərlə bağlı məlumatlar və əməkdaşların şəxsi işləri də yer alıb.
Rhysida haker qrupu oğurlanan məlumatları yaymamaq üçün şəhər hakimiyyətindən 2 milyon avro tələb edib. Hakerlər tələbin yerinə yetirilməsi üçün sentyabrın 4-ü günortaya qədər vaxt veriblər.
Lakin şərtlər yerinə yetirilmədiyindən məlumatlar yayımlanıb.
Denmedia.az

