İran hərbçilərinin Strava fitness tətbiqindəki açıq məlumatlardan istifadə edərək Yaxın Şərqdəki ABŞ hərbçilərinin fəaliyyətini izlədiyi ehtimal olunur. Bu barədə Sky News məlumat yayıb.
Telekanalın məlumatına görə, amerikalı hərbçilər məşqlər və qaçışlar barədə məlumatları əsl adları ilə paylaşırdılar. İran tərəfinin bu məlumatlar vasitəsilə hərbçilərin gündəlik rejimi və hərəkət marşrutları barədə məlumat topladığı ehtimal edilir.
Məlumata görə, İordaniyadakı Müvəffəq əs-Salti aviabazasına zərbədən əvvəl hərbçilər kazarmaların yerləşdiyi eyni ərazidə mütəmadi olaraq qaçış ediblər. İyulun 18-də həmin obyektlərə hücum edilib.
Oxşar hallar Kipr və İsraildəki digər bazalarda da aşkarlanıb.
Hərbi qurumlar şəxsi heyəti rəqəmsal təhlükəsizlik qaydalarına əməl etməyə, xüsusilə də fitness tətbiqlərində geolokasiya funksiyasını söndürməyə çağırır.

