“Kiber Serp” haker qrupu Ukrayna Forbes əməkdaşının kompüterini sındırdığını iddia edib.
Bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, prorusiyalı hakerlər Ukraynanın Forbes nəşrində çalışan əməkdaşın kompüterinə giriş əldə etdiklərini və bəzi xidmət məlumatlarını ələ keçirdiklərini bildiriblər.
Qrupun iddiasına əsasən, əldə olunan materiallarda nəşrin Ukrayna xüsusi xidmət orqanları – SBU, GUR və Müdafiə Nazirliyi ilə əlaqələrinin olduğu göstərilir və bu qurumların “müdafiə gündəliyinin” formalaşdırılmasına təsir etdiyi qeyd olunur.

