ABŞ Prezidenti Donald Tramp administrasiyası Pentaqona Konqresə aralıq seçkilərdən əvvəl İrandakı obyektlərə mümkün zərbələr üçün variantlar hazırlamağı tapşırıb.
Bu barədə The Atlantic məlumatlı mənbələrə istinadən yazır. Nəşrin məlumatına görə, Ağ Ev Pentaqondan seçkilər ərəfəsində həyata keçirilə biləcək hərbi əməliyyat variantlarının hazırlanmasını istəyib.
Mənbələr bildiriblər ki, mümkün zərbələrin miqyası və hədəfləri, eləcə də administrasiyanın sonda hərbi əməliyyata başlayıb-başlamayacağı hələ müzakirə olunur. Yekun qərarın verilmədiyi vurğulanır.
“Bu, prezidentin qələbə qazandığı təəssüratını yaradardı və benzin qiymətləri enməyə başlayardı”, – deyə adı açıqlanmayan Respublikaçılar Partiyası üzvlərindən biri nəşrə bildirib.
Mənbələrdən birinin sözlərinə görə, mümkün əməliyyat planlarının hazırlanması ilə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məşğuldur.
The Atlantic yazır ki, məhdudmiqyaslı əməliyyatdan sonra aralıq seçkilər başa çatdıqdan sonra daha geniş hərbi addımların atılması variantı da müzakirə edilir.

