ABŞ Prezidenti Donald Trumpun administrasiyası Kubada hakimiyyətin devrilməsinə kömək edə biləcək, hökumətə yaxın şəxsləri axtarır.
Bu barədə məlumatlı mənbələrə istinadən The Wall Street Journal yazır.
Nəşrin məlumatına görə, Venesuela Prezidenti Nicolas Maduronun oğurlanması ABŞ administrasiyasını ruhlandırıb. Vaşinqton ilin sonunadək Havanadakı hakimiyyətin dəyişdirilməsi üçün daxildən dəstək imkanlarını araşdırır.
“Tramp administrasiyası kommunist rejiminin ilin sonuna qədər devrilməsinə kömək edə biləcək, Kuba hökumətinə yaxın şəxslər axtarır”, — deyə məqalədə qeyd olunur.
Qəzet yazır ki, söhbət Havanada mövcud hakimiyyət strukturları ilə əlaqələri olan fiqurlardan gedir və bu istiqamətdə gizli təmasların qurulması istisna edilmir.

