ABŞ mümkün hərbi əməliyyat ehtimalı ilə bağlı Kuba üzrə hazırlıqlara başlayıb. Bu barədə USA Today məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, Pentaqon siyasi qərar qəbul olunacağı halda müxtəlif ssenariləri nəzərdən keçirir. ABŞ hərbi qurumunda məxfi şəraitdə Kubaya mümkün əməliyyatın planlaşdırılması genişləndirilir.
Qeyd olunur ki, bu addımlar ABŞ Prezidenti Donald Trampın mümkün müdaxilə ilə bağlı göstərişi olacağı təqdirdə həyata keçirilə bilər.

