The Atlantic jurnalı yazır ki, ABŞ administrasiyasının rəhbəri Donald Tramp yaxın vaxtlarda Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlardan çıxa bilər.
Nəşrin məlumatına görə, qarşıdakı həftələrdə Tramp diqqətini ABŞ-dakı seçki kampaniyasına yönəldəcək və bu, Ukrayna məsələsini arxa plana keçirə bilər.
“...O, danışıqların onun üçün uduzulan prosesə çevrildiyinə qərar verə bilər. Bu halda o, diplomatiyanın uğursuzluğuna görə məsuliyyəti münaqişə tərəflərindən birinin və ya hər ikisinin güzəştsiz mövqeyinin üzərinə ataraq prosesdən çıxa bilər”, – deyə materialda bildirilir.

