Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 8-də Rusiya ilə bağlı sanksiya rejimi çərçivəsində 26 yeni şəxs və qurum siyahıya daxil edilib, 12 gəmi üzrə məhdudiyyət tətbiq olunub, daha 2 mövcud qeyddə dəyişiklik edilib.
Yeni sanksiyalar 23 şirkət və 3 fiziki şəxsi, eləcə də bir sıra gəmiləri əhatə edir.
Sanksiya tətbiq olunan qurumlar arasında “Stoliçnıy Kredit” bankı və “Zarubejneft” neft şirkəti də yer alıb. Böyük Britaniya hakimiyyətinin məlumatına görə, “Zarubejneft” Rusiyanın enerji sektorunda fəaliyyət göstərdiyinə və Rusiya hökuməti ilə əlaqəli qurum olduğuna görə siyahıya daxil edilib.
Bundan başqa, sanksiyalar 3 fiziki şəxsə və Rusiyanın “kölgə donanması”nda istifadə edildiyi iddia olunan 10 gəmiyə də şamil edilib. London həmin gəmilərin Rusiya neft məhsullarının daşınmasında və mövcud məhdudiyyətlərdən yayınmaqda istifadə olunduğunu bildirir.

