Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransada keçirilən G7 sammitində Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək. Bu barədə onun ofisi məlumat yayıb.
Açıqlamaya görə, Starmer iyunun 16-da Qərb ölkələrinin liderləri ilə görüşdə Ukraynada hərbi əməliyyatların dayandırılmasının, dərhal atəşkəsin təmin edilməsinin və danışıqlara başlanmasının vacibliyini vurğulayacaq.
Sənəddə qeyd olunur ki, Britaniya Rusiyanın gəlirlərini məhdudlaşdırmağa çalışır. Yeni sanksiyaların əsas məqsədi Rusiyanın “kölgə donanması”na, eləcə də Qərb sanksiyalarından yayınmağa və hərbi tədarükləri dəstəkləməyə imkan verən maliyyə sxemlərinə qarşı mübarizə aparmaqdır.
“Böyük Britaniya həmçinin sanksiya altında olan Rusiya mayeləşdirilmiş təbii qazını daşıyan bir neçə LNG tankerinə qarşı sanksiya tətbiq edən ilk ölkə olacaq”, — press-relizdə bildirilib.
Açıqlamada əlavə olunur ki, yeni tədbirlər ümumilikdə 600-dən çox gəmini əhatə edə bilər.

