Ağ Evin mətbuat katibi Keti Zaxariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarıldı.
Bu barədə The New York Times qəzeti üç mənbəyə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl jurnalistlərə açıqlamasında Zaxariyaya bu vəzifədə çalışmaq qərarını yenidən nəzərdən keçirməyi tövsiyə etdiyini bildirmişdi.
Trampın sözlərinə görə, o, Zaxariyadan belə soruşmuşdu: “Keti, bu sənə lazımdır? Məncə, sənə bu lazım deyil”.
Axios nəşrinin jurnalisti Barak Ravid isə X sosial şəbəkəsində Zaxariyanın yaxın bir neçə gün ərzində vəzifəsindən ayrılacağını yazmışdı.
Bundan bir gün əvvəl The Wall Street Journal qəzeti Ağ Evin yeni mətbuat katibinin Pepperdayn Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Kaliforniya ştatında vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan imtahandan keçə bilmədiyini xəbər vermişdi.

