25 
avq
2023
02:06
261

Şəki məzunları qəbul imtahanlarında ən yaxşı nəticəni göstərdi: Səbəb nədir?

25 avq, 2023
02:06
261

Şəki məzunları qəbul imtahanlarında ən yaxşı nəticəni göstərdi: Səbəb nədir?

Bu il ali məktəblərə qəbul imtahanında Şəkidən olan məzunların nəticələri digər rayonların nəticələrini üstələyib. Belə ki, qəbul imtahanlarında Şimal-Qərb bölgəsinə daxil olan 6 rayon üzrə 78 məzun 600 baldan yuxarı nəticə göstərib ki, onların da 28-i Şəki rayonundan olan məzunlardır. 

Görəsən, cari ildə Şəki rayonundan olan məzunların daha yaxşı nəticələr göstərməsi hansı amillərlə bağlıdır? 

Den.az bildirir ki, təhsil eksperti Nadir İsrafilov Valyuta.az-a açıqlamasında bildirib ki, şəkili məzunların daha yüksək nəticə əldə etmələrində həmin rayonda təhsilin keyfiyyətinin daha yüksək səviyyədə olması amili rol oynayıb: 


“Şəki zonası həmişə ölkə təhsilində aparıcı rollardan birini oynayıb. Şəkidən çoxsaylı elm, maarif xadimlərimiz çıxıb. Amma bununla belə bu il qəbul imtahanlarında Şəkidən olan gənclərimizin yüksək nəticələr əldə etməsi heç də o demək deyil ki, növbəti ildə də sözügedən şəhərdə həmin nəticə təkrarlana bilər.

Ötən il yüksək nəticə əldə edənlər əsasən Quba rayonundan olanlar idi. Bu mənada məsələnin regionların göstəricilərinə əsasən qabardılmasını düzgün yanaşma hesab etmirəm. Belə statistika adətən xidməti müqayisə aparmaq üçündür. Təhsilin keyfiyyəti isə müəyyən səbəblər və şərtlərlə əlaqədar olan məsələdir. Güman ki, Şəki məktəbliləri həmin səbəb və şərtlərə daha yüksək səviyyədə cavab verdiklərindən nəticələri də bu il üçün daha yüksək olub”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar