Biləsuvar rayonunda 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək yüksək nəticə ilə respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına qəbul olunan məzunlarla görüş keçirilib.
"Den.az"-ın yerli bürosunun məlumatına görə, görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli və məzunlar iştirak edib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıb.
Çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli məzunları təbrik edərək xoş arzularını çatdırıb.
Daha sonra məzunlar göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Tədbirdə yüksək nəticə ilə ali məktəblərə qəbul olan tələbələrə fəxri fərman və hədiyyələr təqdim olunub, sonda xatirə şəkli çəkilib.
Biləsuvarda yüksək nəticə ilə ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib -FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.