Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər şəhid Anar Şükürov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbi təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin hərtərəfli inkişafı və müasir təhsil mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Məktəbdə tədrisin keyfiyyətinin artırılması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcı və tənqidi təfəkkürünün formalaşdırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisəsinin direktoru Ayna Fleydanlı bildirir ki, məktəbin əsas məqsədi yalnız yüksək akademik nəticələr əldə etməklə olmur, həm də müstəqil düşünən, milli-mənəvi dəyərlərə bağlı, məsuliyyətli və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir.
Məktəbin şagirdləri respublika və beynəlxalq səviyyəli müxtəlif müsabiqə və olimpiadalarda uğurlar qazanaraq təhsil müəssisəsini layiqincə təmsil edirlər. Şəhid Anar Şükürovun adını daşıyan məktəbdə vətənpərvərlik tərbiyəsi, milli dəyərlərə hörmət və vətəndaş məsuliyyətinin formalaşdırılması da xüsusi diqqət mərkəzində saxlanılır.
Məktəb kollektivi qarşıya qoyulan hədəflərə nail olmaq, hər bir şagirdin potensialını üzə çıxarmaq və davamlı inkişafı təmin etmək istiqamətində fəaliyyətini əzmlə davam etdirir.

