Məktəb deyil sanki: Hər kəs bu təhsil ocağından danışır-VİDEO
405
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Saray qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbin 9-cu sinif şagirdləri 2025-ci ilin buraxılış imtahanlarında yüksək nəticələr göstərərək məktəbin uğurlarına daha bir yenisini əlavə ediblər.
Bu barədə Den.az-a məktəb rəhbərliyi məlumat verib.
Məktəbdən verilən məlumata əsasən, bu ilki buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin böyük əksəriyyəti yüksək nəticələr toplayaraq həm məktəb, həm də valideynlərin qüruruna çevriliblər. Şagirdlərin göstəriciləri onların akademik hazırlığının, məsuliyyətli yanaşmasının və təcrübəli müəllimlərin fədakar əməyinin bariz nümunəsidir.
2007-ci ildə tikilərək istifadəyə verilən Saray qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbi qısa müddət ərzində təhsil sahəsində regionda seçilən məktəblərdən birinə çevrilib. 640 yerlik layihə tutumuna malik olan bu məktəbdə hal-hazırda 2100-dən çox şagird təhsil alır. Artan şagird sayı məktəbin nüfuzunun, təhsil keyfiyyətinin və valideyn etimadının göstəricisidir.
Məktəbdə 120 müəllim fəaliyyət göstərir. Onların əksəriyyəti uzun illər pedaqoji təcrübəyə malik, peşəkar, daim öz üzərində çalışan və şagirdlərin fərdi inkişafına xüsusi diqqət yetirən müəllimlərdir. Bu heyətin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək və şagirdlərə həm akademik, həm də insani dəyərlər aşılayan bir mühit yaratmaqdır.
Saray qəsəbə 3 nömrəli tam orta məktəbin son illərdəki nailiyyətləri təkcə buraxılış imtahanları ilə məhdudlaşmır. Məktəb rəhbərliyi və müəllim kollektivi daim çalışır ki, təhsil prosesində yeni texnologiyaların tətbiqi, interaktiv təlim metodlarının istifadəsi və fərdi yanaşma prinsipləri ön planda olsun. Bu yanaşma məktəbin uğurlarında əsas amillərdən biri kimi qiymətləndirilir.
Şagirdlərin buraxılış imtahanında göstərdiyi yüksək nəticələr məktəbin təhsil strategiyasının düzgün qurulduğunu bir daha təsdiqləyir. Bu nəticələr təkcə bir tədris ilinin deyil, illərlə qurulan zəhmət, intizam və əməkdaşlıq mədəniyyətinin bəhrəsidir.
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.