apr
2024
22:09
307


"Bu halda Moskvanın regionda təsiri tamamilə bitəcək" - ŞOK DETALLAR

6 apr, 2024
22:09
307

"Bu halda Moskvanın regionda təsiri tamamilə bitəcək" - ŞOK DETALLAR

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda geosiyasi məsələləri kökündən dəyişəcək. 100 ildən artıq Rusiyanın Cənubi Qafqazda yaratdığı siyasi nizam İkinci Qarabağ Müharibəsi ilə pozulub. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə Moskvanın regionda təsiri tamamilə bitəcək". 

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiyanın yeni siyasi konfiqurasiya ilə barışması polemikadır:

"Rusiya Ermənistanın asanlıqla Qərbə inteqrasiya olunmasına və bu ölkədə hərbi bazalarının bağlanmasına seyrçi qalmayacaq. Əgər Türkiyə Cənubi Qafqazda həlledici rola malik olmasaydı, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlərə mane olardı. Sülh müqaviləsinin bağlanmasında və irəliləyişin əldə edilməsində Türkiyə faktoru əsas rol oynayır. 2024-cü il Rusiyanın Ukraynada ağır hərbi məğlubiyyəti və Cənubi Qafqazda tamamilə geosiyasi mövqelərini itirməsi ilə nəticələnə bilər".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar