29 
apr
2024
22:02
87

Sülh müqaviləsinin bağlanması üçün ən optimal ölkə - ƏTRAFLI

29 apr, 2024
22:02
87

Sülh müqaviləsinin bağlanması üçün ən optimal ölkə - ƏTRAFLI

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında ABŞ qarant ölkə olmağa çalışır. Fransanın qarşısını isə Azərbaycan alıb". 

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. 

"Ermənistan tərəfi sülh müqaviləsində qarant ölkə kimi Fransanın olmasını istəyirdi. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsində qarant ölkə təklifini qəbul etmir. Bu, regional müstəvidə yeni problemlərə yol aça bilər. Sülh müqaviləsinin bağlanması üçün ən optimal ölkə Qazaxıstandır. Azərbaycan tərəfi ABŞ və yaxud digər dövlətin qarant ölkə olması fonunda Türkiyənin də olmasını təklif edib. Bu məsələdə tərəflər arasında fikir ayrılıqları var", - politoloq bidlirib.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar