18 
noy
2023
18:15
168

"Paşinyan bu səbəbdən Azərbaycanla sülh müqaviləsinin Vaşinqtonun vasitəçiliyi ilə aparılmasına çalışır" - DETALLAR

18 noy, 2023
18:15
168

"Paşinyan bu səbəbdən Azərbaycanla sülh müqaviləsinin Vaşinqtonun vasitəçiliyi ilə aparılmasına çalışır" - DETALLAR

"ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninə Qarabağdan köçən ermənilərin qayıtmasını özündə ehtiva edən bəndin yer almasına çalışır. ABŞ-ın əsas planı Ermənistandan Rusiyanı çıxarmaq olmasına baxmayaraq, Qarabağla bağlı mövqeyi situasiyanı gərginləşdirir. Vaşinqton məhz erməni lobbisinin təhriki ilə Qarabağa ermənilərin qayıdışı əsasında onların statusunun həll edilməsi fonunda öz qoşunlarını sülhməramlı adı altında bura yerləşdirmək niyyətindədir".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. o bildirib ki, ABŞ-ın əsas məqsədi Rusiya hərbiçilərini Qarabağdan çıxarmaqla öz qüvvələrini bura yerləşdirməkdir: "Azərbaycan Rusiya sülhməramlı qüvvələrini çıxaracaq. Bunun ABŞ-ın Azərbaycanı təhdid etməsi fonunda baş verməsi Rusiyanın maraqlarına cavab verir. ABŞ Cənubi Qafqazda yeni bir siyasi nizamı bu istiqamətdə qurmağa çalışır. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin ona görə Vaşinqtonun vasitəçiliyi ilə aparılmasına çalışır. Ermənistanın Rusiyanın vasitəçiliyindən imtina etməsi də bu xüsusdadır". 

Politoloqun sözlərinə görə, Azərbaycan Vaşinqton və Brüsselin vasitəçiliyinə bir neçə ay bundan əvvəl etimad edirdi: "Hətta Moskvanın vasitəçiliyinə güvənmirdi. Hazırda ABŞ və Avropa İttifaqının siyasəti sülh prosesinə mane olur. Qərb Azərbaycanı Ermənistanla qarşılıqlı güzəştlər əsasında sülhə məcbur edir. Bu sülh müqaviləsi Azərbaycanın milli maraqlarına ziddir. Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət regional böhrana gətirib çıxaracaq".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar