Tehranla nüvə danışıqlarının ikinci raundu başlamazdan öncə Vaşinqtonun İranın kölgə donanmasına qarşı sanksiyalar siyahısını genişləndirməsi beynəlxalq arenada əhəmiyyətli bir hadisə kimi diqqət çəkir. Bu addım ABŞ-ın İranın nüvə fəaliyyətinə dair narahatlıqlarını və onların regional təsirinin məhdudlaşdırılması istiqamətindəki qərarlılığını göstərir. Sanksiyaların genişləndirilməsi Vaşinqtonun Tehranla danışıqların nəticələrinə dair gözləntilərinin qeyri-müəyyənliyini və regionda sabitliyin təmin olunmasına yönəlik səylərini əks etdirir. Siyasi və Hüquqi Araşdrmalar Mərkəzinin sədri Xəyal Bəşirov mövzunu Den.az-a şərh edərək bildirib ki, İranın kölgə donanması, qeyri-rəsmi ticarət və neftin qanunsuz satışını həyata keçirərək ölkənin iqtisadiyyatını sanksiyalardan qorumağa çalışır. Bu cür fəaliyyətlərin məhdudlaşdırılması ABŞ-ın sanksiya siyasətinin effektivliyini artırmaq məqsədini daşıyır. Xəyal Bəşirov hesab edir ki, Vaşinqtonun bu addımı təkcə İran deyil, həm də beynəlxalq ictimaiyyət üçün siqnal xarakteri daşıyır. Nüvə danışıqları ətrafında yaranan gərginlik, İranın regiondakı təsirinin artmasına dair narahatlıqları artırır. Eyni zamanda, bu sanksiyalar Tehranla danışıqların nəticələrinin ABŞ və müttəfiqləri üçün nə dərəcədə qənaətbəxş olmasının vacibliyini vurğulayır. Belə bir gərgin atmosferdə, sanksiyaların genişləndirilməsi və İranın kölgə donanmasına qarşı tədbirlərin sərtləşdirilməsi, beynəlxalq diplomatik səylərin və danışıqların gələcəyini əhatə edən müzakirələrə yeni bir istiqamət verə bilər. ABŞ-ın bu mövqeyi, İranın gələcəkdəki hərəkətləri və beynəlxalq ictimaiyyətin reaksiyası üçün əhəmiyyətli nəticələr doğura bilər. Ellada Rəsul Den.az
ABŞ İranla Nüvə danışıqları ərəfəsində gərginliyi niyə artırdı? ŞƏRH

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.