ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları, xüsusilə Vaşinqtonun Tehranın nüvə obyektlərini məhv etməyə hazır olduğunu bildirməsi, beynəlxalq arenada böyük səs-küyə səbəb olub. Tramp əksər çıxışlarında bildiri ki, İranın nüvə silahı əldə etməsi yolverilməzdir və bu məsələni əngəlləmək üçün hər cür sərt addım atıla bilər.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov hesab edir ki, İranın parçalanması planında inanılmaz hədəflər var.
Xəyal Bəşirov Den.az-a açıqlamasında bildirib ki, İranla ABŞ arasında gərginlik davam edərkən, Omanın Muskat şəhərində keçirilməsi gözlənilən ikinci görüş bu gərginliyin azaldılması üçün əhəmiyyətli bir platforma ola bilər. İlk raundda Ağ Evi narahat edə biləcək detallar və növbəti müzakirələrin potensial hücumun qarşısını alması ehtimalı da diqqət mərkəzindədir.
İsrail mövcud situasiyada İranı müharibəyə çəkmək istəyə bilər, lakin Vaşinqtonun dəstəyindən əmin deyil. ABŞ-ın İsrailə istədiyi səviyyədə dəstək verməməsi, İranın parçalanmasının Vaşinqton üçün an məsələsi olmaması ilə əlaqələndirilir.
Trampın sərt mövqeyi, onun sələfinə nisbətən İsrail və yəhudi lobbisinə yaxınlığı ilə izah olunur. Lakin Vaşinqton İranın dağılmasında maraqlı deyil, çünki Tehran ərəb dünyası ilə əlaqələr üçün strateji əhəmiyyət kəsb edir.
Ümumilikdə, ABŞ-ın İranla münasibətlərdə həssas davranışının davam edəcəyi və iqtisadi təzyiqlərin davam edəcəyi gözlənilir. Xəyal Bəşirovun sözlərinə görə, tərəflərin razılaşma əldə etməsi mümkündür, lakin yaxın gələcəkdə Tehrana nə Təl-Əvivdən, nə də Vaşinqtondan ciddi hərbi təhdid yoxdur.
Ellada Rəsul
Den.az