Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına ballistik raketlə zərbə endirildiyini bəyan edib.
Den.az xəbər verir ki, bu barədə hərəkatın bəyanatında deyilir.
“Raket bölmələri hərbi əməliyyat keçirib və “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə Ben-Qurion hava limanına zərbə endirilib”, – bəyanatda qeyd olunub.Globalinfo.az