İran ABŞ-la atəşkəslə bağlı vasitəçilərin təkliflərinə cavab hazırlayıb.
IRNA agentliyi xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
Diplomat vurğulayıb ki, Tehran detalları uyğun vaxtda açıqlayacaq.
“Danışıqlar ultimatumlar, cinayətlər və hərbi cinayət hədələri ilə uyğun gəlmir”, — deyə İsmayıl Bəqai bildirib.
O əlavə edib ki, İran öz qanuni tələblərini açıq şəkildə ifadə etməkdən çəkinmir.
XİN nümayəndəsi həmçinin qeyd edib ki, atəşkəs təkliflərinə sürətli reaksiya Tehranın geri çəkilməsi və ya təzyiq altında güzəştə getməsi anlamına gəlmir. İran tərəfi bərabərhüquqlu dialoqda israr edir.
Bundan əvvəl Reuters agentliyi məlumat yayıb ki, Pakistan ABŞ və İrana iki mərhələli atəşkəs planı təqdim edib. Planın detalları isə hələ açıqlanmayıb.

