İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib ki, Avropa ölkələri ABŞ və İsraillə birlikdə İrana qarşı əməliyyata qoşularsa, bu, birbaşa müharibə aktı kimi qiymətləndiriləcək. Bu barədə GulfNews məlumat yayıb.
“Bu, müharibə aktı olardı. İrana qarşı istənilən belə addım təcavüzkarlara dəstək kimi qəbul ediləcək. Bu isə İran əleyhinə müharibə aktı sayılacaq”, – deyə Bəqai bildirib.
Rəsmi Tehran açıq şəkildə xəbərdarlıq edir ki, hər hansı kənar müdaxilə eskalasiyanı daha da dərinləşdirə bilər və nəticələri ağır olacaq.

