İsrail Müdafiə Ordusu (SAXAL) bazar ertəsinə keçən gecə Tehranın ətrafındakı üç əsas aerodroma genişmiqyaslı hava əməliyyatı həyata keçirib. Bu barədə qurumun mətbuat xidməti Telegram kanalında məlumat yayıb. Zərbələrin hədəfi Bəhram və Azmayeş aerodromları, həmçinin paytaxtın Mehrabad beynəlxalq hava limanı olub. SAXAL-ın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə aerodromlardakı çoxsaylı hava obyektlərinə — təyyarə və helikopterlərə, eləcə də əlavə hərbi infrastruktura zərbələr endirib. Bildirilib ki, əməliyyatın əsas məqsədi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi hava qüvvələrinin döyüş potensialını ciddi şəkildə zəiflətmək olub. Hücum zamanı geniş aviasiya qrupu cəlb olunub və nəticədə yalnız aviasiya texnikası deyil, həm də düşmənin köməkçi infrastrukturu məhv edilib.
İsrail Tehranın üç aerodromunu yerlə-yeksan etdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

