İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad beynəlxalq hava limanında yerləşən SEPAH-a məxsus 16 təyyarəni məhv edib.
Bu barədə İsrail Ordusu (SAXAL) məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində SEPAH-ın “Qüds” xüsusi bölməsinə aid 16 təyyarə dəqiq şəkildə məhv edilib.
İsrail hərbçilərinin məlumatına görə, əməliyyat zamanı İranın İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri üçün təhlükə yarada biləcək bir neçə qırıcı təyyarəsi də hədəf alınıb.

