İsrailə məxsus F-35 qırıcı-bombardmançı təyyarəsi Tehran səmasında İrana məxsus Yak-130 təlim-döyüş təyyarəsini vurub.
Bu barədə çərşənbə günü İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35I “Adir” qırıcısı bir müddət əvvəl Tehran səmasında İran Hərbi Hava Qüvvələrinə aid Yak-130 təyyarəsini vurub.
Bildirilib ki, bu hadisə tarixdə ilk dəfədir ki, pilotlu döyüş təyyarəsi F-35 “Adir” qırıcısı tərəfindən vurulur.

