İsrailin Müdafiə Ordusu (SAXAL) bildirib ki, son sutka ərzində İsrail Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən raket qurğularına təxminən 20 zərbə endirib.
Məlumata görə, əməliyyatlar zamanı:
- 70 sursat istifadə olunub
- ballistik raketlər və hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan obyektlər hədəfə alınıb
Hücumlar raketlərin saxlanıldığı və buraxıldığı məntəqələrə yönəlib
SAXAL qeyd edib ki, həmin obyektlərdə yerləşən iranlı hərbçilər zərərsizləşdirilib.
Açıqlamada vurğulanıb ki, İsrail Hərbi Hava Qüvvələri dayanmadan əməliyyatları davam etdirir və İranın raket sistemlərinə qarşı zərbələr endirməyə davam edəcək.

