ABŞ Prezidenti Donald Tramp mayın 19-na planlaşdırılan İrana zərbələrdən imtina etdiyini bildirib.
Onun sözlərinə görə, bu qərar Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xahişi ilə qəbul olunub.
Tramp qeyd edib ki, məhz bu ölkələr ondan hərbi zərbələrdən vaz keçməyi istəyiblər.
ABŞ lideri əlavə edib ki, əgər Vaşinqton və Tehran Amerika tərəfini qane edən razılaşma əldə edə bilməsə, ABŞ İrana qarşı zərbələri bərpa edə bilər.

