ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika gəmilərindən ibarət armada İran istiqamətində hərəkət edir, lakin Vaşinqtonun son nəticədə Tehranla razılaşma əldə etməyə ümid etdiyini vurğulayıb.
Tramp Ayova ştatında keçirilən tədbirdə çıxışı zamanı deyib:
“Hazırda İrana doğru çox gözəl bir armada problemsiz şəkildə irəliləyir, baxacağıq”.
ABŞ lideri eyni zamanda bir daha qeyd edib ki, İranın Vaşinqtonla razılaşmaya getməsini gözləyir.
“Ümid edirəm ki, onlar razılaşmaya gedəcəklər”, — deyə Tramp əlavə edib.

