ABŞ-ın vitse-prezidenti J. D. Vance prezident Donald Trampı İrana zərbələr endirməzdən əvvəl diplomatiyaya üstünlük verməyə çağırır.
The Wall Street Journal-ın ABŞ rəsmilərinə istinadla yazdığına görə, Ağ Ev rəhbəri hələlik Tehranla bağlı yekun qərar verməyib, lakin hərbi zərbələrə meyilli olduğu bildirilir. Eyni zamanda, Ağ Ev hazırda İranın nüvə proqramı üzrə danışıqlar təklifini nəzərdən keçirir.
Qeyd olunur ki, mümkün diplomatik kanallar hələ tam bağlanmayıb və müzakirələr davam edir.

