İran öz nüvə obyektlərinin beynəlxalq monitorinqinə razılıq verib. Bu barədə Al Arabiya telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Jurnalistlərin məlumatına görə, Tehran bu addımı həmin obyektlərin mümkün sökülməsinin qarşısını almaq üçün atıb.
Bundan başqa, mənbələr bildirirlər ki, İran tərəfi topladığı zənginləşdirilmiş uranı ABŞ-a deyil, Çinə təhvil vermək niyyətindədir. Bu barədə daha əvvəl Al Hadath telekanalı da məlumat yaymışdı.
İranın nüvə proqramına gəlincə, telekanalın mənbələri iddia edirlər ki, bu istiqamətdə bir çox məsələ artıq razılaşdırılıb. Lakin əldə olunan razılaşmaların detalları hələlik açıqlanmır.

