İranın hazırda nüvə potensialı yoxdur.
DenMedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib.
Ağ Evin rəhbərinin sözlərinə görə, İslam Respublikası nüvə sahəsində imkanlara malik deyil.
3 noyabrda xəbər verilmişdi ki, ABŞ və İsrailin İrandakı nüvə obyektlərinə zərbələrindən sonra, yerli hakimiyyət orqanları 60 faizə qədər zənginləşdirilmiş uranın nə qədər hissəsinin salamat qaldığını bilmirlər.
13 iyunda İsrail İrana qarşı hərbi əməliyyat başladıb. Genişmiqyaslı hücum zamanı 200-dən çox təyyarə nüvə obyektlərinə, hərbi bazalara və silah istehsalı mərkəzlərinə zərbə endirib. İsrail bu əməliyyatı Tehranın nüvə silahı yaratmasının qarşısını almaq zərurəti ilə izah edib.
22 iyuna keçən gecə isə ABŞ açıq şəkildə münaqişəyə qoşulub. Amerikalı hərbçilər Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə zərbələr endiriblər. Tramp xalqa müraciətində hücumun məqsədini İranın uranı zənginləşdirmə imkanlarını məhv etmək və nüvə təhdidinin qarşısını almaq kimi izah edib.

