İran və ABŞ arasında danışıqların yeni mərhələsi mayın sonunda Həccin əsas ayinləri başa çatdıqdan sonra Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
Bu barədə Al Arabiya telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Pakistan ordusunun komandanı cümə axşamı, 21 mayda Tehrana səfər edə bilər. Bildirilir ki, səfərin məqsədi mümkün razılaşmanın yekun versiyasını elan etmək ola bilər.
Danışıqların növbəti raundu Həcc başa çatdıqdan sonra İslamabadda keçiriləcək,— deyə məlumatda qeyd olunub.

