Qətərli vasitəçilər İran tərəfi ilə danışıqlar aparmaq üçün Tehrana yola düşüblər.
Bu barədə Fox Newsun müxbiri Trey Yinqst X sosial şəbəkəsində vəziyyətlə tanış olan diplomata istinadən məlumat yayıb.
O yazıb:
ABŞ ilə məsləhətləşmələrdən sonra qətərli danışıqlar aparan nümayəndələr bu gün səhər danışıqlar prosesində qalan fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə İran tərəfi ilə görüşmək üçün Tehrana yola düşüblər.

