ABŞ daha əvvəl İranın təqdim etdiyi təkliflərə cavabını Pakistan vasitəsilə Tehrana çatdırıb.
Bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, İran üç gün əvvəl 14 bəndlik mətnini təqdim etdikdən sonra amerikalılar cavablarını pakistanlı vasitəçi üzərindən İrana ötürüblər.
Hazırda Tehran həmin mətni nəzərdən keçirir, lakin cavab hələ hazır deyil.
Mənbə bildirib ki, Pakistandan olan vasitəçi Tehranda ABŞ və İranın mətnlərini yaxınlaşdırmağa çalışır. Bununla belə, hələlik heç bir məsələ üzrə yekun razılaşma əldə olunmayıb.
Qeyd edək ki, bazar ertəsi ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərlərinin xahişindən sonra çərşənbə axşamı planlaşdırılan İrana hücum əməliyyatını dayandırdığını açıqlamışdı. Daha sonra isə Tramp İrana qarşı daha bir zərbənin mümkünlüyünü istisna etməyib və danışıqlar üçün vaxtın məhdud olduğunu bildirib.

